5037598d-7128-462c-a0e8-8af36c35c7b9..jpg

Nazir: “Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac var”

Baxış sayı: 597 dəfə baxılıb.

Nazir: “Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın
dəstəyinə ehtiyac var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“30 illik işğal dövründə işğal altında olan kitabxanalarımız, kitab fondumuz
ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb”.

APA xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında
mədəniyyət naziri Adil Kərimli deyib.

“Ümumilikdə 927 kitabxana, 5000-ə yaxın kitab fondumuz işğal altında olan
zaman Qarabağda tamamilə məhv edilib”, – deyə nazir bildirib.

Adil Kərimli Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın
dəstəyinə ehtiyac olduğunu əlavə edib.

Nazir deyib ki, kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti
çoxşaxəli fəaliyyət həyata keçirməkdədir.

“Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının,
istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir”, – deyə nazir əlavə edib.

Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi
nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb:

“Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında
ciddi təkanverici vasitələrdir”.

Source link