11050aa9-7027-40e7-8891-35be124f8120..jpg

Nazir: “Sahibkarlara 67,9 milyon manat subsidiya ödənilib” – FOTO

Baxış sayı: 764 dəfə baxılıb.

Nazir: “Sahibkarlara 67,9 milyon manat subsidiya ödənilib” – FOTO

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin
subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333
müraciət daxil olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabında qeyd edib.

O bildirib ki, bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət
qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil
edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib.


Source link