Nazir Şirin Məlikovaya yeni vəzifə verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət naziri Adil
Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin
edilib.
Xatırladaq ki, Şirin Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan
olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
(ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999-2001-ci illərdə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi
ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə “Azərbaycan XIV-XVIII əsrlər
bədii parça və tikmələr” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2008-2019-cu illərdə ADMİU-da və
ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan
Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar
incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.