625add06-b967-46e3-841f-33d9cc63c1c6..jpg

Nazir: “Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub” – FOTO

Baxış sayı: 639 dəfə baxılıb.

Nazir: “Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra
olunub” – FOTO

“Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı pensiya təminatı
sistemini də əhatə edir. Son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat
paketi icra olunub, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti
artımlar olub”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək –
Faza 2” tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 5 ildə sosial ödənişlərdəki artımlara, o cümlədən
minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.

Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə
dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib.

O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış
qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat
növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata
keçirildiyini bildirib.

Daha çox şəkil burada: PhotoStock.az

Source link