Nazir: Süründürməçiliyin qarşısını alacağıq

Nazir: Süründürməçiliyin qarşısını alacağıq

Baxış sayı: 2. 116 dəfə baxılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və sosial ədalətin təmin olunması bizim əsas prioritetimiz olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir deyib ki, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.

S.Babayev əlilliyin təyin olunması ilə bağlı məsələlərin araşdırıldığını, bu sahədə islahatlar aparılacağını da vurğulayıb. 

Onun sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlara ehtiyac var:

“Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir.

Prosesi tam şəffaflaşdırmaq, hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə üzləşməməsini təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, haqqı çatmayanların isə qarşısı alınsın.

Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi Qrupu yaradılıb”. 

.
www.ÇıxışYolu.Com