Təhsil naziri Ceyhun Bayramov gələcək üçün əsas prioritetlərini açıqlayıb.
Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.
C.Bayramov təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunu qeyd edib.
O bildirib ki, müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübələri ölkənin bütün ümumtəhsil məktəblərində aparılmalı, universitet-məktəb əməkdaşlığı daha da genişləndirilməlidir.
Nazir müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə modulların yenilənəcəyini bildirib. Eyni zamanda, məktəb bazasında səriştəyönümlü və kompetensiya əsaslı peşə təmayülünün daha da genişlənməsi istiqamətində işlər görüləcəyini nəzərə çatdırıb.
Qeyd edək ki, bu gün Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə keçirilib. Müşavirədə təhsil naziri Ceyhun Bayramov, müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov və digərləri iştirak edib.