Nazir universitetlərə yeni qəbul qaydalarından danışdı

Nazir universitetlərə yeni qəbul qaydalarından danışdı

Baxış sayı: 2. 525 dəfə baxılıb.

Nazir universitetlərə yeni qəbul qaydalarından danışdı

Buraxılış və qəbul imtahanlarının yeni modelinin detallarını açıqlanıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.

Nazirin sözlərinə görə, “Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması və mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub:

“Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələnilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir. Qısa olaraq, yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər üç fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə üç fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla, cəmi 700 bal toplaya bilərlər”.


Ceyhun Bayramov bildirib ki, yeni modelə əsasən, ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur:

“Əvvəlki illərdə məzunlar eyni fəndən iki dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com