2ff6814c-72bd-4674-a39d-782018a05394.jpg

Nazir: “Yaşıl” təhsil sisteminin ibtiadai siniflərdən tədrisi vacibdir”

Baxış sayı: 224 dəfə baxılıb.

“Yaşıl” təhsil sisteminin ibtidai siniflərdən tədrisi, öyrədilməsi vacibdir”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim
keçidlərində ali təhsilin rolu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, UNICEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40
milyon uşağın təhsilinə mənfi təsir göstərir.

Nazir vurğulayıb ki, Paris sazişinin öhdəliklərinin yerinə yetirilməsi,
iqlimlə bağlı vədlərin yerinə yetirilməsi vacibdir:

“Yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Bu
o deməkdir ki, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda
şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə
fəaliyyəti də önəmlidir.

“Yaşıl” təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir.
Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarında
informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi
vacibdir”.

Nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində
özlərini doğrultduqlarını vurğulayıb.

Source link