8a91ecf6-0bb2-41ea-94b2-de876d69ba38..jpg

Nazirdən ermənilərin onun mahnısını oğurlaması ilə bağlı SƏRT AÇIQLAMA – VİDEO

Baxış sayı: 564 dəfə baxılıb.

Nazirdən ermənilərin onun mahnısını oğurlaması ilə bağlı SƏRT AÇIQLAMA – VİDEO

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Səndən nigaranam” mahnısını
oğurlayıblar . Tiqran Asatryan adlı ifaçı
mahnını oxuyaraq “Andzrev” adı ilə “YouTube” kanalında yerləşdirib. O,
müəllifin adını qeyd etməyib.

Məsələ ilə bağlı mahnının müəllifi, fövqəladə hallar naziri, general-polkovnik
Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini
belə ifadə edib:

“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç
bir hüquqi addım atmayacağam. Onlar kimdir ki, biz onlara baş qoşaq?”

Qeyd edək ki, bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin
Heydərova məxsusdur. Mahnını Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Xalq
artistləri Brilliant Dadaşova, Aygün Kazımova və başqaları oxuyublar. 2006-cı
ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını
Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində
dinləyicilərə təqdim edib.


Source link