9042a005-5259-437b-8edf-356ce0aab1d0..jpg

Nazirdən idmançılarla bağlı açıqlama

Baxış sayı: 969 dəfə baxılıb.

Nazirdən idmançılarla bağlı açıqlama

İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə
müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli
Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai
dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn
yolayrıcında qalır:

“Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. Hesab edirəm
ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkədə idman peşəkar
sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında böyük məşqlərə
hazırlaşmalıdır”.

O qeyd edib ki, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən
addımlar atılmalıdır:

“Burada söhbət böyük rəqəmlərdən getmir. Artıq ali təhsil müəssisələrində
qəbul sayı 50 mindən artıqdır. Bu rəqəmin də 60 minə yaxınlaşması nəzərdə
tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançıların universitetlərə
müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına,
həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”.

Source link