c8fd42ae-c0d4-416b-94f2-0869ff02b3c9..jpg

Nazirlər Kabineti gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib

Baxış sayı: 591 dəfə baxılıb.

Nazirlər Kabineti gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi
ilə bağlı qərar verib

Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal
büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə
də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və
proqnoz göstəriciləri haqqında layihənin Prezident İlham Əliyevə təqdim
edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr “Büdcə
sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə
birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək.

Source link