b0b6a38c-ce0b-45df-af4e-d8aa24ab4771..jpg

Nazirlər Kabinetində müşavirə keçirilib – FOTO

Baxış sayı: 582 dəfə baxılıb.

Nazirlər Kabinetində müşavirə keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü
ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə
dair müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, Aparat rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə keçirilən
müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının
rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak ediblər.

Müşavirədə ötən il və bu ilin dörd ayı üzrə monitorinq hesabatları təqdim
olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda
duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.

Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət
yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində
həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin, aparılan quruculuq
işlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsini
və əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.

Müşavirədə, həmçinin, Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində 2024-26-cı illərdə əhalinin məşğulluq imkanlarının
artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış
ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və
vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili,
ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi
aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə
də müzakirələr aparılıb.

Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün
aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Source link