Nazirlik: 200 nəfər vaxtında təxliyyə edilib

Nazirlik: 200 nəfər vaxtında təxliyyə edilib

Baxış sayı: 3. 239 dəfə baxılıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, məlumatda deyilir: 

“Martın 2-də, səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyyə etmək mümkün olub. Hazırda təxliyyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!”

www.ÇıxışYolu.Com