Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 20 aprel 2018-ci il tarixində, səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz dumanının miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.
Bu barədə ÇıxışYolu.Com-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.