Şəkidə çörək sexində baş verən partlayış zamanı xəsarət alan qadının vəziyyəti orta ağırdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir.
Ona lazımi tibbi yardım göstərilib müalicəsi davam edir.
Qeyd edək ki, bu gün Şəkidə çörək sexindəki partlayış hadisəsinin qaz sızmasından baş verməsi ehtimal edilir.
İlhamə Əbülfət