Nazirlik: Dörd ay ərzində 35 hektarda aqrobağlar salınıb

Nazirlik: Dörd ay ərzində 35 hektarda aqrobağlar salınıb

Baxış sayı: 2. 387 dəfə baxılıb.

2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və cəmiyyət tərəfindən salınan yaşıllıqlar mövzusunda keçirilən mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib.

Onun sözlərinə görə, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2535 870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 

Nazirlik rəsmisi bildirib ki, 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.

R.Əşrəfov qeyd edib ki, 2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsli ağac əkilib.

.
www.ÇıxışYolu.Com