aa837afd-edb8-4460-aa7b-e99bcc9110c9..jpg

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

Baxış sayı: 719 dəfə baxılıb.

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi
təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər
olunur.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri
daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən
xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və
ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər
hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə nazirlikdən
bildirilib.

Source link