Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri ÇıxışYolu.Com-ın sorğusu əsasında Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib.
Nazirlikdən ÇıxışYolu.Com-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb.
Analizlərin nəticələrinə görə, atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.
4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib.
Qoxu, əsasən, Xətai, Səbail, Nizami rayonlarının ərazilərində hiss olunub.
Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan üç dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib.