Nazirlik qızılcaya yoluxma ilə bağlı epidemioloji vəziyyəti AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları
müşahidə edilib”.
Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında
qeydə alınıb:
“Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb,
qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək
əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam
etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma
hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar
qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət
göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək
infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”.