Nazirlik rəsmisi əsrin əsas problemini açıqladı

Nazirlik rəsmisi əsrin əsas problemini açıqladı

Baxış sayı: 4. 671 dəfə baxılıb.

Nazirlik rəsmisi əsrin əsas problemini açıqladı

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib.

O, ölkədə su ehtiyatlarının azalmasının səbəbini açıqlayıb: “İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəldi və nəticədə, atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azaldı”.

R.Səttarzadənin sözlərinə görə, ilk baxışda dünyada suyun çox olduğu qənaətinə gəlmək olar:

“Çünki Yer kürəsinin 70%-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01%-i düşür. Digər tərəfdən, əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı yeddi dəfə artıb. 

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır. 

Biz gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik, çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq”.

İlhamə Əbülfət