15d103b8-5334-4f2d-9d94-d41f6c6618ba..jpg

Nazirlik rəsmisi: “Sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama yaydıq” – FOTO

Baxış sayı: 465 dəfə baxılıb.

Nazirlik rəsmisi: “Sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra
mediaya açıqlama yaydıq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən, tanınmış müğənni, Əməkdar
artist Aygün Bəylər Türkiyədə dünyasını dəyişib. O bir müddət öncə müvafiq
müayinələrdən keçmək məqsədilə Türkiyəyə yollanmışdı”.

Bunu Cixisyolu.com-a açıqlamasında Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri
Aynur Kərimovadeyib.

O bildirib ki, nazirlikdə olan məlumata görə, müğənninin səhhətində qəfil
ağırlaşma müşahidə edilib:

“Vəziyyətinin anidən ağırlaşması səbəbindən onun müalicə aldığı xəstəxanada
süni tənəffüs aparatına qoşulduğu deyildi. Sənətçinin dərhal xüsusi ambulans
tipli təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdu. Lakin
həkim-mütəxəssislər tərəfindən onun bu vəziyyətdə ölkəyə gətirilməsinin
qeyri-mümkün olduğuna dair rəy verildi. Təəssüf ki, zəruri olan bütün tibbi
müdaxilələrə rəğmən, Aygün Bəylərin həyatını xilas etmək mümkün olmadı.
Mədəniyyət Nazirliyi sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra
mediaya açıqlama yaydı”.

Məlumatlarda qarışıqlıqla bağlı yaranan duruma aydınlıq gətirən Aynur Kərimova
qeyd edib ki, informasiya kirliliyinə yol verilməməsi üçün bu hadisə barədə
məlumatlar verilərkən hər kəsdən həssas yanaşmağı rica edirlər.

Könül Cəfərli

Source link