Nazirlik rejissorla kinoteatr arasındakı qalmaqala münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir neçə gün öncə rejissor Emil Quliyev müəllifi olduğu filmin Nizami Kino
Mərkəzində nümayişindən əldə olunan gəliri ala bilməməsi və mərkəzin həmin
vəsaiti kommunal xərclərə sərf etməsi barədə özünün sosial media hesabında
tənqidi yazı yazmışdı.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab kimi
bildirilib ki, Nizami Kino Mərkəzi təsərrüfat hesablı müəssisədir.
“Nazirliklə mərkəz arasında hər hansı maliyyə öhdəliyi və asılılığı yoxdur.
Mərkəz öz fəaliyyəti ilə bağlı müstəqil qərarlar verir. Mövcud qanunvericiliyə
əsasən, təsərrüfat hesablı müəssisələrin saxlanılması dövlət büdcəsi hesabına
həyata keçirilmir. Təsərrüfat hesablı müəssisələr bir qayda olaraq öz
xərclərini, məhsul, mal satışı və ya xidmətlərdən əldə etdikləri pul vəsaiti
ilə ödəyir və mənfəət əldə edirlər”, – deyə cavabda qeyd olunub.