Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

Baxış sayı: 4. 106 dəfə baxılıb.

Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

Badamdar sürüşmə sahəsində tədqiqat işləri aparmaq üçün qrafik tətbiq olunub.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.

Onun sözlərinə görə, tərtib olunan qrafikə uyğun olaraq iş aparılır:

“Tədqiqat işlərinin nəticəsi olaraq sürüşmə zonası ilə bağlı layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək. Hələlik ərazidə vəziyyət tam stabildir”.

Təyyar Hüseynli qeyd edib ki, sürüşmə zonasındakı aparılan tədqiqat işləri 4-5 ay vaxt aparacaq: 

“Kiminsə köçürülməsi məsələsi ortaya qoyulmayıb. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzilərində yaşayış var və onlara həmin evlərdə müvəqqəti olaraq yaşamamaq məsləhət görülüb”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!