3b90f129-ac48-4332-a81b-e247784778ea..jpg

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO

Baxış sayı: 689 dəfə baxılıb.

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda beş odlu silah təhvil götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü
şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha beş ədəd
müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər
mütəmadi olaraq davam etdirilir.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz saxlanılan
odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki
tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
aparılan tədbirlər nəticəsində bu gün rayon sakinləri beş ədəd müvafiq
sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil
veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link