b914b40c-19c7-4a70-bea7-165761398b03..jpg

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO/VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan rayonunda dörd ədəd odlu silah polisə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü
şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərinin mərhum
ailə üzvlərinə məxsus dörd ov silahı polis əməkdaşları tərəfindən təhvil
götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən
əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs
tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir
zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu
üçün bir neçə dəfə məhkum olunmuş şəhər sakini Azər Yusifov saxlanılıb. Onun
üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və
daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan A.Yusifov
avtomatı bir neçə il əvvəl tapdığını və özündə saxladığını bildirib. Həmin
şəxsdən götürülən silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da
rəyinə əsasən, avtomatın atəşə yararlı olduğu müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qusarda da avtomat və tapança tapılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar
Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən
bir ədəd “AK-74” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı,
bir ədəd “Makarov” markalı tapança, bir ədəd həmin silaha məxsus patron darağı
və 36 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Qusar RPŞ-də müvafiq araşdırma aparılır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz olaraq saxlanılan odlu
silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki
tədbirlər zamanı iki nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov
tüfəngləri təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Source link