3acf7bd2-c152-40ac-932c-d1bc0a6f64c8..jpg

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 553 dəfə baxılıb.

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursat götürülüb” – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu
silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib.

Məlumata görə, əməliyyat tədbirləri ilə rayon sakinlərindən müvafiq sənədləri
olmayan ümumilikdə üç ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü
şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində üç
ədəd tüfəng təhvil götürülüb.

18:11

Füzuli rayonunda tapılan daha bir avtomat silahı təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan
verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu
silahların aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin
olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı avtomat silahını polis
əməkdaşlarına təhvil verib.

Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir
nəfər də qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək istədiyini
bildirib. Həmin şəxsin qeyd etdiyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov”
markalı avtomat, 1 ədəd sandıqça və 141 ədəd müxtəlif çaplı patron aşkar
olunaraq götürülüb.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında
təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi
üçün vətəndaşa təşəkkür edilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri
keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, son iki gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən
əməliyyatlar zamanı şəhər ərazisindən iki ədəd “Kalaşnikov” markalı avtomat,
500-ə yaxın avtomat silahına məxsus patron, üç ədəd daraq, altı qumbara və beş
ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Şərur rayon sakinindən də “Kalaşnikov” markalı avtomat götürülüb. Bu barədə
Şərur Rayonu Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şərur rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü
Zeynalov Səyyub Əziz oğlundan odlu silah götürülüb. Onun həmin silahı Şərur
rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link