244ce377-11e5-48c4-a395-69692432336b..jpg

Nazirlik Xalq artistinə yardım göstərəcək – YENİLƏNİB

Baxış sayı: 861 dəfə baxılıb.

Nazirlik Xalq artistinə yardım göstərəcək – YENİLƏNİB

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış
problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ
ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda
yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılıb və
onların istəkləri dinlənilib. Bildiririk ki, sözügedən məsələ ilə bağlı
Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, –
məlumatda vurğulanıb.

15:24

Bir neçə ay öncə səhhətində ciddi problemlər yaranan Xalq artisti Ənvər
Həsənovun qızı Aytən Həsənova atasının səhhətindən danışıb.

Cixisyolu.com-a danışan Aytən Həsənova bildirib ki, atasının vəziyyəti yaxşı deyil:

“Atamın səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti yaxşı deyil. Şəkər,
təzyiq və yuxusuzluqdan əziyyət çəkir. Son vaxtlar da güclü ayaq ağrıları var.
Ayaqları tez-tez tutulur, yeriyə bilmir. Hər saat xəstəxanaya getməyə də maddi
imkanımız yoxdur. Mədəniyyət Nazirliyi isə bizimlə, ümumiyyətlə, maraqlanmır,
müraciətlərimizə baxılmır. İndiyə qədər nə etmişiksə, hamısı öz gücümüzə olub.
Atam bu biganəlikdən çox incikdir”.

Aytac Qasımova

Source link