Nazirlik: Zəlzələ nəticəsində məktəblərə ziyan dəyib

Nazirlik: Zəlzələ nəticəsində məktəblərə ziyan dəyib

Baxış sayı: 2. 153 dəfə baxılıb.

Qax rayonunda dünən baş verən zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib. 

Bu barədə ÇıxışYolu.Com-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əsasən Marsan kənd tam orta məktəbinə daha çox zərər dəyib: 

“Belə ki, məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib. Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir”.

www.ÇıxışYolu.Com