Nazirlikdən ƏMƏLİYYAT: Pirotexniki vasitələrin satışını təşkil edənlər
aşkarlanıblar – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslər
məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı,
tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki
vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər
zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin
satıldığı aşkar edilib.
Qeyd edilən pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin
442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya
satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə
protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, rayonun
Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq
pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyən edilib və
barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, keçirilən tədbirlər zamanı iki nəfər rayon sakininin qanunsuz
olaraq külli miqdarda pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin
şəxslər tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən
maddi sübut kimi götürülüb.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan
maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində
tədbirlər davam etdirilir. Rayon ərazisində pirotexniki vasitələrin satışı ilə
məşğul olan bir nəfər şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Ondan yüksək səs effekləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ
pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlər zamanı rayon ərazisində yerləşən obyektlərin birində qanunsuz olaraq
pirotexniki vasitələrin satıldığı müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən qeyd edilən pozuntusuna yol verən şəxs barəsində
İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş
malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə
yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon
məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər respublikasının bütün bölgələrində davam etdirilir.