Nazirlikdən ƏMƏLİYYAT: Silah-sursatlar aşkarlandı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçın Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş
ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam
etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı dörd avtomat,
beş tapança, bir karabin və digər sursatllar aşkar olunaraq götürülüb.
Verilən məlumata görə, Füzuli rayon sakini tapdığı “AK-74” markalı avtomatı
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinddən (DİN) verilən məlumata görə,
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil
verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı
daha dörd nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları
müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil
veriblər.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları ilə birgə ekoloji mühitin mühafizəsi tədbirlərinin
gücləndirilməsi ilə bağlı rayon ərazisində keçirdikləri tədbirlər zamanı meşə
fonduna daxil olmayan ağacın zədələnməsi faktı aşkarlanıb.
Aşkarlanan halla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə
protokol tərtib edilib.
Həmçinin, Lənkəran, Masallı və Ağdaş sakinlərindən də qanunsuz ov silahı
götürülüb.
Belə ki, Lənkəran sakinlərindən “Kalaşnikov” avtomatı və 10 ədəd ov silahı,
Masallı sakinlərindən isə, altı ədəd qanunsuz ov silahı götürülüb.
Polis əməkdaşları tərəfindən rayon sakinlərindən bir ədəd “AKM” markalı
avtomat, həmin silaha aid bir ədəd patron darağı, 17 ədəd patron və 10 ədəd
müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, keçirilən
tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz
olaraq saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil
götürülüb.
Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu
istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam
etdirilir.