Nazirlikdən ƏMƏLİYYAT: Silahlar aşkarlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beyləqan və Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil
götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin verilən məlumata görə,
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər zamanı tapılan iki ədəd
Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, iki ədəd avtomat sandığı və
36 ədəd patron müvafiq qaydada götürülüb.
Həmçinin, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil
verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər
nəticəsində iki nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz
saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.
Bundan əlavə,sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının
alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər
zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması,
ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə
bağlı beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət
tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə)
maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.