d64a7ed9-280d-4a03-b223-58c38ca8881c..jpg

Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

Baxış sayı: 955 dəfə baxılıb.

Nazirlikdən Gəncə şəhər stadionu ilə bağlı AÇIQLAMA

Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun ot örtüyünün yararsız hala
düşməsi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, arena “Kəpəz” klubunun istifadəsinə verilib:

“Gəncə şəhər stadionu Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında
olsa da, “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona
xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri
klubun öhdəliyindədir”.

Xatırladaq ki, son günlər Gəncə şəhər stadionunun ot örtüyünün yararsız hala
düşməsi müzakirə mövzusuna çevrilib.

Source link