Nazirlikdən iki zabitin ölməsi xəbərinə - REAKSİYA

Nazirlikdən iki zabitin ölməsi xəbərinə – REAKSİYA

Baxış sayı: 2. 413 dəfə baxılıb.

Bəzi elektron KİV-lərdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti şəkildə təkzib edirik.

Bu barədə ÇıxışYolu.Com-ın sorğusuna cavaba olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”, – deyə nazirlikdən bildirilib. 

www.ÇıxışYolu.Com