Nazirlikdən Körpələr Evi ilə bağlı yayılan videoya münasibət

Nazirlikdən Körpələr Evi ilə bağlı yayılan videoya münasibət

Baxış sayı: 2. 099 dəfə baxılıb.

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova aparılan araşdırmalar nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyinin məlum olduğunu deyib.

O bildirib ki, görüntülər təhrif edilib:

“Görüntülərdən aydın olur ki, Körpələr Evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb”.

.
www.ÇıxışYolu.Com