557bd778-675b-410a-bb77-1c586086ba5d..jpg

Nazirliyin cərimələdiyi mərkəzin direktoru məhkəməyə üz tutdu

Baxış sayı: 583 dəfə baxılıb.

Nazirliyin cərimələdiyi mərkəzin direktoru məhkəməyə üz tutdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Baş Səhiyyə Mərkəzinin
direktoru Elçin Əmirovu cərimələyib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, direktora İnzibati Xətalar
Məcəlləsinin 539.1-1-ci maddəsi ilə cərimə yazılıb.

Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi
və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət
hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə
xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı
18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı
tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası
məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin
iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat məbləğində,
hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Elçin Əmirova 2000 manat cərimə yazıldığı iddia olunur. Direktor qərardan
narazı qalaraq məhkəməyə müraciət edib. Onun şikayətinə Yasamal Rayon
Məhkəməsində baxılacaq. Mayın 20-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək.

Elçin Əmirov 2021-ci ildən Bakı Baş Səhiyyə Mərkəzinə rəhbərlik edir.

Source link