Nazirliyin mühafizəçisini bıçaqlayan şəxs həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin 23 mart tarixində Xətai rayonu
ərazisində yeznəsi Y.Hüseynovu bıçaqlamış 1990-cı il təvəllüdlü O.Əliyevə hökm
oxunub.
“Qafqazinfo” xəbər verir ki, O.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən
sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, Y.Hüseynov O.Əliyevin bacısının əri olmaqla yanaşı, həm də
uşaqlıq dostudur. Bir müddət əvvəl bacısının ailəsində yaranan problemdən
təsirlənən O.Əliyev yeznəsi ilə görüşərək onunla məsələni aydınlaşdırmaq
istəyib. Nəticədə o, qohumunu bıçaqlayaraq ağır xəsarət yetirib.
Məhkəmənin hökmü ilə O.Əliyevə 3 il həbs cəzası verilib. İstintaq müddətində
polisin nəzarəti altında olan 33 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, bıçaqlanan şəxs hadisə vaxtı Müdafiə Sənayesi Nazirliyinin
mühafizəçisi vəzifəsində çalışıb.