Xalq artisti Nazpəri Dostəliyeva gənc müğənnilərə tövsiyə verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan sənətçi “Mənəm-mənəmlik” edən müğənnilərə səslənib.
“İndi sənət dünyasının bir bəlası var – Mənəm-mənəmlik. Kim o bəlaya düçar olursa, onun sənətdə atdığı addımların sonu pis olur.
Bu sənətdə olan gənc müğənnilərə tövsiyəm odur ki, nə qədər şöhrət qazansanız, yalnız pulu sevib, arxasınca qaçmayın. Etsəniz, tez itirəcəksiniz. Kim başını daim yuxarıda tutubsa, onların yaradıcılıqları məhv olub, gördüyü işlər səviyyəsiz olub. Səhv addımın səhvə doğru yolu var. Boş, yalançı pafoslara uymayın”.
Dostəliyeva gənc müğənnilərin özlərindən razı olmalarının səbəbini də açıqlayıb:
“Sadəcə, gəncdirlər, bir neçə adamın dediyi pafoslu təriflər onları özlərindən çıxarır. Efirdə bəzi müğənnilər deyirlər ki, Azərbaycan kanallarına baxmırıq. Amma mən baxıram, laqeyd olsaydım, baxmazdım.
Görürəm ki, bəzi gənc müğənnilər pafoslu çıxışları ilə özlərini göyün yeddinci qatında hiss edirlər. Amma onların mənə hörməti var. Heç bir zaman onlara kobud nəsə demərəm”.