Nazpəri Dostəliyeva: “500 manat verib trenddə olurlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb
səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu
kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də
meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlər ki, Nazpəri
bizə imkan vermir. Əksinə hər zaman dəstək olmuşam”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva
verilişlərin birində qonaq olarkən deyib. O, pul müqabilində “YouTube”da trendə
düşənləri pisləyib:
“Gənclər bu gün əllərinə bir yol alıblar, çox qəribədir. Çıxıb deyirlər ki,
“trend olduq”. Mən bir sirr açım, onlar 500 manat verib trend olurlar. Bunu
eşidib dəli olmuşam, başıma hava gəlib. 500 manat verirsən, neçə ay, neçə həftə
istəyirsən, trenddə olursan. Nə qədər pulun var, verirsən, birinci olursan. Bu,
sənət deyil, puldur”.