12775af3-853b-4eb3-8a9f-782060c45d6a..jpg

NBA əfsanəsinin köynəyi hərracda inanılmaz məbləğə satıldı

Baxış sayı: 489 dəfə baxılıb.

NBA əfsanəsinin köynəyi hərracda inanılmaz məbləğə satıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Los Anceles Leykers” basketbol komandasının keçmiş üzvü Kobe Brayantın
2008-2009 NBA pley-off mərhələsinin 3-cü oyununda “Orlando Mecik”ə qarşı
geyindiyi idman köynəyi satılıb.

Bu barədə geyimin satıldığı “Goldin” hərracının saytında məlumat verilib.

Alıcı sarı və ağ yazıları olan 24 nömrəli bənövşəyi formanı 915 min dollara
alıb.

Brayantın bu geyimdə çıxış etdiyi oyun 2009-cu il iyunun 9-da Orlandoda baş
tutub və 108:104 hesabı ilə “Mecik”in qələbəsi ilə başa çatıb. Lakin bütövlükdə
seriyanı “Leykers” 4-1 hesabı ilə qazanıb və çempionluq titulu əldə edib.

Source link