c84893e9-598a-4da4-8550-5cee109a57d2..jpg

NBA basketbolçuları top üstündə dava saldılar: Baş menecer yaralandı – FOTO/VİDEO

Baxış sayı: 468 dəfə baxılıb.

NBA basketbolçuları top üstündə dava saldılar: Baş menecer yaralandı –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionat oyunundan sonra
“Miluoki Baks” və “İndiana Peysers” komandalarının oyunçuları dava salıblar.

“İndiana”nın basketbolçuları topu soyunub-geyinmə otağına aparıblar və onu
NBA-da ilk xalını qazanan yeniyetmə Oskar Çibveyə təqdim etmək istəyiblər. Eyni
zamanda matçda effektivlik rekordu qıran “Miluoki”nin yunan basketbolçusu
Yannis Adetokunbo da topu özünə götürmək istəyib.

Bu barədə “İndiana”nın baş məşqçisi Rik Karlayl məlumat verib.

O bildirib ki, bu səbəbdən oyunçular arasında dava düşüb və davada komandanın
baş meneceri Çad Byükenen xəsarət alıb.

Rik Karlayl əlavə edib ki, nəticədə həm Çibve, həm də Adetokunbo topu əldə
ediblər. Lakin yunan oyunçu aldığı topun həqiqi oyun topu olduğuna şübhə edib.

Görüş 140:126 hesabı ilə “Miluoki”nin xeyrinə başa çatıb. Yannis Adetokunbo 64
xal toplayaraq özünün və klubun effektivlik rekordlarını yeniləyib.

Mənbə: “New York Post”


Source link