248dc21f-72c3-4178-a4f0-e9e8350b76cc..jpg

Ned Prays: “ABŞ Cənubi Qafqazda gərginliyi azaltmağa çalışır”

Baxış sayı: 3. 795 dəfə baxılıb.

Ned Prays: “ABŞ Cənubi Qafqazda gərginliyi azaltmağa çalışır”

“Həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız hərtərəfli
və davamlı sülh yoluna qayıtmaq naminə gərginliyi azaltmaq üçün bir yol
tapmaqdır”.

Cixisyolu.com-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ bu istiqamətdə göstərilən səylərdə həm ikitərəfli,
həm də çoxtərəfli formatda iştirak edir.

“Vaşinqton prosesi irəliyə aparmaq üçün institutlar və qruplar vasitəsilə
əlindən gələni edəcək. Ümid edirik ki, başqa ölkələr də eyni mesajı
göndərəcəklər”, – deyə o bildirib.

Source link