32e657fc-85a0-492b-8c24-3f0547caa2d4..jpg

Ned Prays: “Üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”

Baxış sayı: 826 dəfə baxılıb.

Ned Prays: “Üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə
çatdırılıb”

“Bildiyim qədər ilə, Brüssel görüşü barədə təklif Azərbaycan və Ermənistan
tərəfinə çatdırılıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
keçirilən brifinqdə yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycanla
üçtərəfli görüşün tarixi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, tərəflərin özləri istənilən belə görüşdə potensial
iştirakları barədə danışmalıdırlar.

Prays həmçinin Vaşinqtonun proseslə bağlı son həftələrdə gördükləri tərəqqinin
davamına ümid etdiyini bildirib.

“Biz də bu problemin hərtərəfli həllinə yönəlmiş danışıqlar prosesində
tərəfləri dəstəkləməyə hazırıq”, – deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir gün öncə Prays Brüsseldə Avropa İttifaqı Şurasının
prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistandan və Azərbaycandan olan
nümayəndələrin iştirakı ilə görüşün keçirilməsi planlaşdırıldığınıbildirib
. O, ABŞ-nin tərəflər arasında dialoq və ünsiyyəti
davam etdirmək üçün öz səylərini əsirgəməyəcəyini bəyan edib.

Source link