Mayın 30-da dünya birjalarında keçirilən hərraclarda neftin qiyməti bahalaşıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir barelinin qiyməti sabit qalıb – 66,83.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin bir barelinin dəyəri 0,18 dollar ya 0,24% artaraq, 75,21 dollar təşkil edib.
“AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,11 dollar və ya 1,43% azalaraq, 76,44 dollar olub.