0ab988bb-a958-452a-a59b-127420530dda..jpg

Neft erası başa çatır? – AÇIQLAMA + FOTO

Baxış sayı: 1. 204 dəfə baxılıb.

Neft erası başa çatır? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə
artımlar məhz qeyri-neft sektoru hesabına baş verib. ÜDM-də qeydə alınan 1,1
faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki,
iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz
sektorunda isə 3,7 faiz artıb”.

Bu fikirləri Millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, oxşar mənzərə sənayedədir:

“2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri
neft-qaz sektorunda isə 8 faiz artıb. Neft-qaz sektorundakı azalma həm
hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci
ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, Brent markalı neftin bir
barelinin 2022-ci ildə orta qiyməti 100,93 dollar olmuşdu. İlkin hesablamalara
görə bu rəqəm ötən il 82,56 dollar olub. 2023-cü ilin makro-iqtisadi yekunları
bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da
dərinləşdirilməsinin əhmiyyətini göstərir Bu il Azərbaycan üçün yeni dövrün
başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da
ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və
bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu neftdən
asıllığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır”.

Source link