Neft Fondu martda satdığı vəsaitin həcmini açıqlayıb

Neft Fondu martda satdığı vəsaitin həcmini açıqlayıb

Baxış sayı: 3. 112 dəfə baxılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, ötən ay  ərzində 647 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 mlrd. 310,2 mln. dollar məbləğində vəsait satılıb.

www.ÇıxışYolu.Com