Neft və qaz hasilatı artıb

Neft və qaz hasilatı artıb

Baxış sayı: 2. 916 dəfə baxılıb.

2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 mln. ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 mlrd. kubmetr olub və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb. 

ÇıxışYolu.Com Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 mlm. ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 mlrd. kubmetr olub. 

Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf edib, artımın böyük hissəsi mart ayına təsadüf edib.

Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb. 

.
www.ÇıxışYolu.Com