466f96a7-155e-43e0-af02-9af8765dd43b..jpg

Neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar təşkil olunub – FOTO

Baxış sayı: 660 dəfə baxılıb.

Neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar təşkil
olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində
(SOCAR) Türkiyənin terror və təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Fahri
Erenel və Abdulla Ağar tərəfindən neft sənayesi obyektlərində təhlükəsizliyin
təşkilinə dair seminar keçirilib.

Bu barədə SOCAR məlumat yayıb.

Seminarda risklərin düzgün qiymətləndirilməsi, gələcək təhdidlərin vaxtında
aşkar edilərək aradan qaldırılması və texnoloji təhlükəsizlik sistemləri barədə
məlumat verilib. Tədbirdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin, “SOCAR Downstream
Management” MMC-nin, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları iştirak
ediblər. Seminar çərçivəsində, həmçinin “SOCAR Türkiyə” və Trans-Anadolu qaz
boru kəmərinin (TANAP) təhlükəsizlik xidməti üzrə rəhbər heyəti neft sənayesi
obyektlərinin mühafizəsi ilə bağlı təcrübələrini bölüşüblər.

Növbəti gün seminar iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil olunub.
SOCAR-ın 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri
və müharibə iştirakçıları da səfərdə iştirak ediblər.

Şuşanın zəngin tarixi, mədəni irsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəliyinin binasının qarşısında və şəhərin digər
ərazilərində aparılan quruculuq və bərpa işləri ilə tanış olan səfər
iştirakçıları, həmçinin Cıdır düzündə olub, Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksini, Yuxarı Gövhərağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Səfər müddətində şəhidlərin və qəhrəman ordumuzun keçdiyi şərəfli yoldan,
onların şücaətlərindən bəhs olunub, şəhidlərimizin əziz xatirəsi dərin
ehtiramla yad edilib.

Source link