Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır

Baxış sayı: 2. 054 dəfə baxılıb.

Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı son qərarı ərəfəsində “Brent” markalı neftin qiyməti 27 noyabr 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

ÇıxışYolu.Com ABŞ mətbuatına istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul tədarükləri üzrə qiyməti 1,52 faiz bahalaşaraq, bir bareli 76,01 dollara çatıb.

 “WTI” markalı neftin isə iyun tədarükləri üzrə bir bareli 70,5 dollar olub.  

“Qara qızılın” bahalaşmasına eyni zamanda Venesuelada siyasi-iqtisadi böhranın dərinləşməsi təsir göstərib.

.
www.ÇıxışYolu.Com