Dünya birjalarında neft bahalaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, səhər saatlarına WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,03% artaraq 61,01 dollar olub.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,09% artaraq 63,92 dollar təşkil edib.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,60 dollar bahalaşaraq 1 317,80 dollara, gümüşün unsiyasının qiyməti 0,17 dollar artaraq 16,45 dollara satılıb.