4b0a6d91-c959-458d-99d0-995953268c61..jpg

Neftçala faciəsinin şahidi: “Müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız” – VİDEO

Baxış sayı: 446 dəfə baxılıb.

Neftçala faciəsinin şahidi: “Müstəqillik istəyirdiniz, bu da sizin
azadlığınız” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə
Cəlilabada, sonra Neftçalaya doğru hərəkət edib. Digər rayonlarda olduğu kimi,
Neftçalada da dinc sakinlərə divan tutulub.

Baku TV-yə danışan hadisə şahidi Fərman Hüseynov Neftçalada misli görünməyən
cinayətin törədildiyini deyib:

“Binalar, küçədən keçən insanlar güllə yağışına tutuldu. İşdən evinə gedən
Nurəddin Ağahüseynov öz maşınında güllələndi, şəhid oldu”.

“Yaralanmışdım, vəziyyətim çox ağır idi. Məni bir tərəfdə uzatmışdılar.
Güllələr yağdırırdılar ki, müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız”,
– deyə hadisənin digər şahidi Ramin Hacıyev bildirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 25-də Neftçalada baş verən hərbi təcavüz
zamanı iki nəfər qətlə yetirilib, yeddi nəfər yaralanıb, 50-yə yaxın insan isə
həbs edilib.

Ətraflı videonu təqdim edirik:


Source link